Zukerberq proqnoz verdi

Zukerberq proqnoz verdi
22:17 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Facebook-un yaradıcısı Mark Zukerberq Kolumbiyanın paytaxtındakı çıxışı zamanı bildirib ki, 10 il sonra sosial şəbəkələrdə artırılmış reallıq texnologiyaları və daşınan texnologiyalardan geniş istifadə ediləcək.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Zukerberq zaldan ona verilmiş suala (10 il sonra Facebook necə olacaq?) cavab verib. Mark yalnız Facebook deyil, ümumilikdə sosial şəbəkələrin gələcəyi ilə bağlı öz fikirlərini bölüşüb. Zukerberq deyib ki, sosial şəbəkələrdən istifadə edən insanların sayı xeyli artacaq, veb-messencerlər isə mesaj göndərməyə imkan verən mobil tətbiqlərlə müqayisədə daha az populyar olacaq.
 
Zukerberq daşınan texnologiyaların gələcəyi ilə bağlı hələ əmin deyil.
 
Xatırladaq ki, Facebook, həmçinin Oculus Rift virtual reallıq eynəyinin yaradıcısını satın alıb. Zukerberq bu qərarı belə izah edib ki, bu texnologiyalar internetin gələcəyini təşkil edir.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/319364.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR