Rus hərbçidən imtina edildi

Rus hərbçidən imtina edildi
23:21 17 Yanvar 2015
152 Dünya
Ölkə mətbuatı
A- A+

Gümrüdə 6 ermənini öldürən rus əsgəri Valeri Permyakov vəkilsiz qalıb.

ANS PRESS-in məlumatına görə, Tamara Yayloyan Permyakovu müdafiə etməkdən imtina edib.

O, əvvəlcə razılığı hislərə qapılaraq verdiyini deyib.

"Permyakovla söhbət edərkən uşaqları necə öldürdüyünü danışdı. Qulaq asa bilmədim, otağı tərk etdim. Belə davam edə bilmərəm", deyə vəkil bildirib.

Vəkil erməni Valeri Permyakovun işi üzrə Ermənistan Vəkillər Palatası tərəfindən vəkil təyin edilib.

Qeyd edək ki, Gümrüdə 102 saylı Rusiya hərbi bazasının əsgəri Valeri Permyakov bir erməni ailəsinin 6 üzvünü qətlə yetirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320318

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR