Məşqçilər Komitəsi "Simurq"u ziyarət etdi - FOTOLAR

Məşqçilər Komitəsi "Simurq"u ziyarət etdi -   FOTOLAR
23:32 17 Yanvar 2015
149 İdman
Ölkə mətbuatı
A- A+


















































AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Antalyada qış təlim-məşq toplanışında olan komandamızın düşərgəsində olub. Fanat.az xəbər verir ki, komitənin sədri Vaqif Sadıqov və üzvləri Ağasəlim Mircavadov, Şahin Diniyev, Şakir Qəribov Zaqatala təmsilçisinin məskunlaşdığı "Sirena Belek" otelində klubun prezidenti Anar Bəkirov, baş məşqi Georgi Çixradze, baş menecer Kamran İsmayılov və məşqçilər korpusu ilə görüşüb. 

Görüş zamanı bir çox mövzularla bağlı müzakirələr aparılıb. İlk öncə komandamızın hazırlığı ilə maraqlanan komitə üzvləri, daha sonra A milli komandada və digər yaş qruplarından ibarət yığmada oynayan futbolçuların durumları ilə bağlı məşqçilərlə söhbət ediblər. 

Aparılan fikir mübadiləsi zamanı gənc futbolçuların yetişdirilməsi və bunun futbolumuzun inkişafı üçün vacibliyilə bağlı məsələyədə toxunulub. Həmçinin əvəzedici heyətimizdə oynayan və istedadlı futbolçuların asas komandaya cəlb olunması prossesi ilə bağlı məşqçilər korpusu komitə üzvlərinə məlumat verib.

Görüş zamanı legioner limiti ilə bağlı da müxtəlif dialoqlar olub. Anar Bəkirov bununla bağlı mövqeyini komitə üzvlərinə bildirib. Premyer Liqanın səviyyəsinin artırılması ilə yanaşı, aşağı dəstədə mübarizə aparılan komandalarda da vacib işlərin görülməsi xüsusən vurğulanıb.

Sonda görüşdən razı qalan hər iki tərəf, bu cür müzakirələrin davamlı olaraq aparılmasının məqsədə uyğun olduğu bildiriblər.

Fanat.az





Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mqcilr-komitsi-quotsimurqquotu-ziyart-etdi-t17558.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR