BMW ailəsinin yeni üzvü - FOTO

BMW ailəsinin yeni üzvü - FOTO
23:47 17 Yanvar 2015
280 Maraqlı
Ölkə mətbuatı
A- A+

BMW 6-Series ailəsinin yenilənmiş modelləri Detroyt avtosalonu çərçivəsində ilk dəfə ictimaiyyətə təqdim edilib. Kupe, kabriolet və “dördqapılı kupe” Grand Coupe standart modifikasiyalarda və M6 “qaynar” versiyalarda baza təchizatında modernizə edilmiş ön və arxa bamperlər, tam işıqdiod əsas faraları, bir qədər dəyişdirilmiş radiator barmaqlığı, təkər diskləri üçün əlavə dizayn və (altı silindrli mühərriki olan model üçün) böyüdülmüş xaricetmə sistemi boruları əldə edib.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, bunlardan başqa, BMW 6-Series üçün metallik Jatoba, Cashmere Silver, Glacier Silver, Mediterranean Blue və Melbourne Red də daxil olmaqla yeni rəng çalarları da əlavə edilib.
 
Modellərin salonu daha keyfiyyətli materiallarla işlənib. Bunun üçün iki rəngdə dəri, Design Pure Experience və Design Pure Excellence əlavə opsiya paketi və daha da təkmilləşdirilmiş proyeksiya displeyi təklif edilir.
 
Texniki innovasiyalar asqının və sükan idarəetməsinin yenidən qurulması ilə bitir. Mühərrik sırası dəyişməyib.
 
Milli.Az




















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/319401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR