"Charlie Hebdo" tirajı 7 milyona qaldırır

"Charlie Hebdo" tirajı 7 milyona qaldırır
23:52 17 Yanvar 2015
138 Dünya
Ölkə mətbuatı
A- A+

"Charlie Hebdo" satirik jurnalının yeni nömrəsi 7 milyon tirajla çıxacaq. Bu qərarı jurnal rəhbərliyi verib.
 
Milli.Az "Azadlıq" radiosuna istinadən bildirir ki, yanvarın 14-də sonuncu nömrə 5 milyon tirajla çıxmışdı və 1 saat yarıma bütün tiraj satıldı.
 
Axırıncı nömrəyə xarici ölkələr də maraq göstərib. Almaniya jurnalın 55 min nüsxəsini alıb.
 
Media tarixçiləri Frans Pressə deyiblər ki, bu, Fransa mediası tarixində rekorddur.
 
Birinci dünya müharibəsi qurtaranda sülh müqaviləsi bağlanan gün Fransada bir nəşrinən böyük tirajı 2 milyon olub. De Gaulle öləndə tiraj rekordu 2,2 milyona qalxıb.
 
Hətta ABŞ-da 11 sentyabr terroru olanda Mond qəzetinin tirajı cəmi 1,2 milyona qalxa bildi.
 
Yanvrın 7-də Məhəmməd peyğımbərin karikaturasının nəşrinə etiraz edənlərin redaksiyaya hücumunda 12 adam öldü.Yanvarın 14-də axırıncı nömrə yenə Məhəmməd peyğəmbərin karikaturası ilə çıxıb.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/50460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR