Kanadada naməlum şəxs 2 polisi güllələyib

23:57 17 Yanvar 2015
92 Dünya
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 23:42 ]

Bakı-APA. Kanadanın Alberta əyalətində naməlum şəxs iki polis əməkdaşına atəş açıb.

Ağır güllə yaraları almış asayiş keşikçiləri xəstəxanaya yerləşdirilib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə CTV telekanalı məlumat yayıb.  

 

İnsident polis əməkdaşları Sent Albert şəhərində yerləşən qolf klubunda istintaq tədbirləri apararkən baş verib.  

 

Atəş açan şəxs hadisə yerini tərk edib.  Cinayəti törətməkdə ağdərili 25-30 yaşlı kişi şübhəli bilinir. Onun müəyyən edilib saxlanılması istiqamətində əməliyyat aparılır. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369495

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR