Cihadçı yığmaq taktikası dəyişilib

Cihadçı yığmaq taktikası dəyişilib
00:05 18 Yanvar 2015
143 Dünya
Ölkə mətbuatı
A- A+

Qırğızıstanda Suriyada döyüşmək üçün döyüşçü yığılması məkanı dəyişib. Bu barədə ölkənin Milli Təhlükəsizlik Dövlət Xidmətinin sözçüsü Rakhat Sulaimanov bildirib. Qırğızıstanda Suriyada hərbi qruplara qoşulanların əksəriyyəti əgər indiyə kimi ölkənin cənubundan idisə, indi taktika dəyişib, döyüşçü yığımı üçün ölkənin şimalı hədəf seçilib.
 
AzadlıqRadiosunun qırğız xidməti Rakhat Sulaimanova istinadən yazır ki, Suriyaya ölkənin cənub qərbində yerləşən Batkendən və cənubdakı Oslodan gedirdilərsə, indi digər regionlara döyüşçü ovuna çıxılıb.
 
Suriyada, o cümlədən İslam Dövləti (İD) təşkilatı tərkibində nə qədər qırğızın döyüşdüyü barədə dəqiq rəqəm yoxdur. Rəsmilər 200-dən çox qırğızın Suriyaya getdiyini bildirir.
 
“Prudent Solutions” beyin mərkəzinin direktoru Esen Usubaliev hesab edir ki, hakimiyyət ölkənin bütün ərazisində 600-dən çox adamı vətəni tərk etmək fikrindən daşındırıb.
 
Ancaq Qırğızıstan təhlükəsizlik xidmətlərinin Suriyadan qayıdanlara işləməyə cəhd göstərmə səylərini qiymətləndirsə də, Usubaliev xəbərdarlıq edir ki, islamçı döyüşçü yığanlar da öz taktikalarını dəyişir: “Burda təhlükəsizlik məmurları gücsüzdür, onların radikalların əməllərini izləmək üçün texnologiyaları yoxdur. Bunlar hamısı pula bağlıdır. Dövlət bu məsələlərə maliyyə ayırsa, yaxşı olar”.
 
“Ərim məni də Suriyaya çağırdı”
 
AzadlıqRadiosu Qırğızıstanın şimalındakı Chui əyalətində yaşayan bir qadınla söhbət edib. Onun əri Suriyaya döyüşməyə gedib. Gülmira adlandıracağımız bu qadın (real ad deyil) 2014-cü ilin mayında, səkkiz aylıq hamilə olanda, əri işləmək üçün Qazaxıstana gedib və sonra da ona zəng edib ki, Türkiyədədir. Gülmiranın əri Türkiyədə həyatın “yaxşı olduğunu, Suriyaya getdiklərini, sərhəddin açıq olduğunu” söyləyib. Əri onu da deyib ki, Skype hesabından ona zəng edəcək, amma onunla əlaqə saxladığını kimsəyə bildirməsin. Bundan sonra əri Gülmiraya Skype-dan zəng edib deyib ki, Suriyaya cihada gəlib. Gülmira AzadlıqRadiosuna deyib ki, əri Qazaxıstanda tora düşüb: “Onun işi vardı, onu orda hərbi qruplara cəlb ediblər. Bizim yaxınlarımız burda işləyir, amma bəzi radikal təşkilatların üzvləridirlər. O, Qazaxıstanda işləyəndən dəyişməyə başladı. Əvvəllər ibadət edirdi, amma elə də inancıl deyildi. İndi isə mənim də hicab geyməyimi və ibadət etməyimi istəyirdi. Qazaxıstana getdi və itdi”.
 
Gülmiranın əri təkid edib ki, o da Suriyaya gəlsin və onu qoşulsun. Gülmira bu təkliflə razılaşmayıb, amma sonra baldızından eşidib ki, əri orda Qırğızıstandan olan başqa bir qadınla evlənib: “O mənə deyirdi ki, əgər onun yanına getməsəm, başqa biri ilə evlənmək məcburiyyətindədir. Mən soruşdum ki, sən Suriyaya ölməyə getmisən, biz orda neyləyəcəyik?”- Gülmira deyir.
 
Təhükəsizlik orqanları hərəkətə keçib
 
Qırğızıstan təhlükəsizlik orqanları Suriyada döyüşməyə adamları cəlb etməyə cəhd göstərməsindən və yerli ekstremist qruplara qoşulmasından şübhələndiyi adamlarla bağlı sərt tədbirlər görməyə çalışır.
 
Yanvarın 13-də Oshdan olan 21 yaşlı kişi istintaq orqanlarına deyib ki, o, Suriyada islamçı yaraqlıların tərkibində döyüşmək üçün 60 adam göndərib. Milli Təhlükəsizlik Dövlət Xidmətinin sözçüsü Rakhat Sulaimanov AzadlıqRadiosuna deyib ki, şübhəli şəxs döyüşçü yığmaq üçün bir mərkəz yaradıldığını və bunun üçün Türkiyədə, İstanbulda bir mənzildən istifadə edildiyini söyləyib.
 
Milli Təhlükəsizlik Dövlət Xidməti yanvarın 12-də Qırğızıstan torpaqlarında terror aktları keçirməyi planlaşdırmasından şübhələndiyi 7 qrupu həbs edib. Onların arasında Suriyada döyüşmüş şəxslər olub.
 
“ABŞ bizi də bombalaya bilərdi…”
 
Bəziləri narahatdılar ki, İD kimi qruplara myelin artması, Suriyaya döyüşməyə gedən qırğızların çoxalması ölkənin ABŞ, Qərb kimi müttəfiqlərə qarşı çıxması kimi görünə bilər.
 
Batken Respublika Veteranlar Şurasının sədri Satybek Moldaliev vesti.kg saytına deyib ki, ABŞ terrorçularla özünəməxsus mübarizə aparır: “Onlar ölkələrə raket atırlar, bombalayırlar və bu, terrorculuq əleyhinə kampaniyadır. ABŞ terrorçuları elə yerlərdə tapır ki, orda onun hücumlarına qarşı ya müdafiə sistemi yoxdur, ya da mürəkkəb siyasi vəziyyət var. Onlar Qırğızıstanı da bombalaya bilərdilər, axı bizim quldurlar Suriyada, İraqda döyüşür və bu da əsas verərdi, onlar desinlər ki, biz beynəlxalq terrorizmi dəstəkləyirik. Amma onlar bizi bombalamayacaqlar, çunki biz Kollektiv Təhlükəsizlik Sazişi Təşkilatının üzvüyük.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/50943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR