Rəşad Sadıqov: Biz “Play Station” oynamırıq

Rəşad Sadıqov: Biz “Play Station” oynamırıq
01:09 18 Yanvar 2015
154 İdman
Ölkə mətbuatı
A- A+

“Rəqib çox yaxşı oynadı, pressinq etdi, gözlədiyimizdən daha yaxşı mübarizə apardılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.

 

Təcrübəli müdafiəçi Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı zamanı Xorvatiyanın “Split” klubu ilə keçirilən yoxlama oyundan sonra azərbaycanlı jurnalistlərin sullarını cavablandırıb.

 

Sadıqov hazırlıq haqda da danışıb: “Standart sözlərdi ki, nəticə önəmli deyil. Biz uduzmaq istəmirdik. Məğlubiyyət həmişə xoşagəlməzdi. İstər yoxlama matçı olsun, istər məşqdə ikitərəfli oyun. Futbolçularımızda yorğunluq var, yükləmələrlə hazırlıq keçirik. Bu da təbiidi. İlk yarıda gənclər oynadı ki, onların arasında gələcəkdə futbolumuza faydalı ola biləcək futbolçular da var. İkinci hissəyə aqresiv başladıq. Uduzmaq istəmirdik. Amma ikinci qolu buraxdıq. Durum çətinləşdi. Səhvsiz oynamaq mümkün deyil. Müdafiədə yaxşı çıxış edəndə deyilir ki, yaxşı müdafiə olunduq. Bu gün isə pis müdafiə olunduq. Futbolda səhvsiz, ötürmədə səhv etməmək olmur. Belə futbol yoxdu. Biz “Play Station” oynamırıq. Rəqib topla yaxşı davranırdı. Pressinq edə bilmirdik. Reynaldonun, Riçard Almeydanın, Çumbinyonun yoxluğu həmişə hiss olunacaq. Amma bu, bizim üçün önəmli deyildi. Hərə özünü yaxşı tərəfdən göstərməyə çalışırdı. Bu gün yaxşı futbol oynamağımız normal görünməzdi. Çünki indiki durumda oyun ritminə düşməyə çalışırıq. Hakimliyin görüşə təsiri olmadı. Rəqib bu matçda bizdən üstün oynadı”.

 

Kapitan Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə görüşündəndə söhbət açıb: “Bu görüşün təfərrüatını açıqlamayacağam. Onu deyim ki, səmimi və mənim üçün faydalı görüş idi. Bu, mənim üçün çox önəmli idi”.

 

Qeyd edək ki, “Split”ə 1:3 hesabı ilə uduzduğu oyun “Qarabağ”ın Antalyada ilk sınağı idi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190684

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR