Əhməd Davudoğludan italiyalı həmkarına sərt reaksiya

Əhməd Davudoğludan italiyalı həmkarına sərt reaksiya
02:29 18 Yanvar 2015
145 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin baş naziri Əhməd Davudoğlu italiyalı həmkarı Matteo Rentsidən Əhməd Davudoğlunun ötən həftə Parisdə keçirilmiş “respublika marşı”nda iştirak etməsi ilə bağlı təəccüb etdiyinə görə izahat verməsini tələb edib.   

 

Qeyd edək ki, Matteo Rentsi yanvarın 16-da La7 telekanalına müsahibəsində bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ölkəsində KİV-ləri bağlatdırır və jurnalistləri həbs etdirir və belə olduğu halda Əhməd Davudoğlu Türkiyədə mətbuat azadlığını müdafiə etmək əvəzinə bunu etmək üçün Fransaya gedib.

 

Əhməd Davudoğlu bəyanata sərt reaksiya verib: “Matteo Rentsinin bəyanatı qəbuledilməzdir və mən ondan izahat verməsini tələb edirəm. Biz artıq İtaliyaya etirazımızı bildirmişik. Əgər İtaliyanın baş naziri izahat verməzsə, biz buna beynəlxalq səviyyədə çox sərt cavab verəcəyik” deyə baş nazir bildirib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190686

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR