Prezidentin yaxını qaçırıldı

Prezidentin yaxını qaçırıldı
04:11 18 Yanvar 2015
135 Dünya
Ölkə mətbuatı
A- A+

Yəmən prezidenti administrasiyasının başçısı Əhməd Avad bin Mubarəki qaçırıblar.

ANS PRESS-in məlumatına görə, ilkin məlumata əsasən siyasətçininin şiə qiyamçılar tərəfindən oğurlandığı güman edilir.

Adlarının çəkilməsini istəməyən rəsmilər Mubarəkin və onun iki cangüdəninin şiə Huti silahlıları tərəfindən oğurlandıqlarını bildiriblər.

Ölkənin ən cavan siyasətçilərindən, keçmiş biznesmen, 46 yaşlı Mubarək keçmiş prezident Ali Abdullah Salehin 22 illik hakimiyyətdən sonra istefaya məcbur edilməsində aparıcı rollardan birini oynayıb.

Rəsmi mənbələrdən biri "Reuters" agentliyinə bildirib ki, bin Mubarəki oğurlamaqla şiə yaraqlılar ölkə konstitusiyasının yeni layihəsinin hazırlanmasına mane olmaq istəyiblər, belə ki, sənəd üzərində məhz prezident administrasiyasının rəhbəri işləyirdi.

Qeyd edək ki, Huti tayfasından olan şiələr Yəməndə paytaxt Sana da daxil olmaqla, geniş ərazilərə nəzarət edirlər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320360

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR