Azərbaycan internetin istifadə sıxlığına görə MDB ölkələri arasında birincidir

07:03 18 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 18 yanvar, AzərTAc
Azərbaycanda internetin inkişafına xüsusi diqqət yetirilir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunan uğurlar bunu bir daha təsdiq edir.
Bu barədə jurnalistlərə məlumat verən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, ölkəmizdə internetin qiyməti Avrasiya məkanında olan orta qiymətlərdən aşağıdır. İnternetdən istifadənin reytinqinə görə isə Beynəlxalq Telekommunikasiya İttifaqının cədvəlində respublika üzrə 38-ci yerdəyik. Bu, yüksək göstəricidir.
Ə.Abbasov internet tariflərinin ucuzlaşdırılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində mütəmadi tədbirlər görüldüyünü diqqətə çatdırıb. Qeyd edib ki, ölkədə internetin istifadə sıxlığı 73 faiz təşkil edib. Genişzolaqlı istifadəçilərin sıxlığı isə 55 faizi ötüb. Dünya İqtisadi Forumunun qlobal texnoloji hesabatında Azərbaycan internetin istifadə sıxlığına görə, yenə də MDB ölkələri arasında birincidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_internetin_istifade_sixligina_gore_MDB_olkeleri_arasinda_birincidir-825612

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR