İsmayıllı rayonunda yanğın hadisəsi meydana gəlib.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yanğın rayonun Lahıc kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan ərzaq mağazasında baş verib.
Nəticədə mağazanın rəfi 1 kv.m sahədə və mağazada yerləşdirilmiş bankomatın elektrik naqilləri yanıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğının nədən baş verdiyi barədə dəqiq məlumat açıqanmayıb.