Obama Avropanı qınadı

Obama Avropanı qınadı
08:24 18 Yanvar 2015
119 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama Böyük Britaniyanın baş naziri Devid Kemeron ilə  Ağ Evdə keçirdiyi birgə mətbuat konfransında çıxışı zamanı Avropada müsəlmanların cəmiyyətə inteqrasiya olunması prosesinin səviyyəsindən narazı olduğunu bildirib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Foreign Policy nəşri məlumat yayıb.  

 

“ABŞ-ın ən böyük üstünlüyü ondan ibarətdir ki, bizim müsəlman əhalimiz özünü amerikalı hiss edir. Avropanın bəzi hissələrində belə hal yoxdur. Və bu, bəlkə də, Avropa üçün ən böyük təhlükədir”, deyə ABŞ prezidenti qeyd edib.

 

Fransa, Belçika və Almaniyada ehtimal olunan silahlıların həbsini şərh edən Barak Obama qeyd edib ki, Avropa ölkələri bu problemi yalnız güc vasitəsi ilə həll etməməlidir.  

 

Qeyd edək ki, yanvarın 16-da Ağ Evdə ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron arasında görüş keçirilib. Görüşdə beynəlxalq siyasətə dair bir sıra aktual məsələlər müzakirə olunub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR