İnsanlar buna baxıb utansın (VİDEO)

İnsanlar buna baxıb utansın (VİDEO)
08:41 18 Yanvar 2015
263 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyada şaxtalı qış günündə çölə atılan körpəni dilbilməz pişik xilas etdi.

ANS PRESS-in məlumatına görə, Rusiyada paytaxt Moskvanın cənubundakı Obninsk şəhərində Maşa adlı bir pişik yaşadığı binanın blokunda içərisində körpə qoyulmuş bir qutu görüb və daha sonra qutuya girərək körpənin üzərində yatıb.

Maşanın miyovladığını eşidən bina sakini Nadejda Maxovikova aşağı düşdükdə əvvəlcə pişiyin narahatlığı olduğunu düşünüb, lakin sonra Maşanın “qucaqladığı” 2,5 aylıq körpəni görərək heyrətlənib.

Yanında əmzik və pampers qoyulan körpəni qadın dərhal yaxınlıqdakı xəstəxanaya aparıb. Maşa isə 15 dərəcə soyuqda həyatını qurtardığı körpəni xəstəxanaya qədər müşayiət edib.

Həkimlər körpənin çimizdirildiyini və qarnının doydurulduğunu deyiblər. Üzərində heç bir zərbə izi olmayan körpənin soyuq havada sağ qalmasını Maşanın onu isti saxlaması nəticəsində baş verdiyini qeyd ediblər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320369

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR