Qurban Qurbanov: Bir neçə oyunçu ilə maraqlanırıq

Qurban Qurbanov: Bir neçə oyunçu ilə maraqlanırıq
09:59 18 Yanvar 2015
117 İdman
Ölkə mətbuatı
A- A+

“İlk oyunumuz idi. Matçdan razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

43 yaşlı mütəxəssis Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı zamanı Xorvatiyanın “Split” klubu ilə keçirilən yoxlama oyunundan sonra azərbaycanlı jurnalistlərin sullarını cavablandırıb.

 

Qurbanov hazırlıq haqda danışıb: “Açığı, gözləmirdim ki, belə sürətli oyun alınacaq. İlk yarıda bir az çətin oldu. Fasilədən sonra matça nəzarət bizdə idi. Uduzsaq da, razı qaldım. İki qol diqqətsizlikdən oldu. Rəqibi tanımırdıq. Standart vəziyyətlərdən iki top buraxdıq. Amma oyunçular diqqətli olmalıdı. Hazırlığımız tam yerində olmadsa da, özümüzü yaxşı tərəfdən göstərə bildik. Rəqibi çox yaxından tanımıram. Ona görə hansı heyətlə oynadığını deyə bilmərəm”.

 

Qurbanov “Əskişəhərspor”a keçidi gündəmdə olan Muarem Muaremlə bağlı məsələyə də toxunub: “Son gün istisna olamqla, danışıqlar bir neçə müddətdir davam edir. Hələ ciddi təklif yoxdu. indi danışıqlar dayanıb. Bir neçə günə məsələyə aydınlıq gələr. Onlar son təkliflərini göndərməlidilər. Hardasa klublar arasında razılıq əldə olunmur. Biz istərdik ki, futbolçumuz Türkiyə Superliqasında oynasın, klublar arasında əməkdaşlıq yaransın. Amma həm futbolçunu düşünməliyik, o da hara getdiyini fikirləşməlidi. Klubun maraqları da arxa plana keçməməlidi. O, bizim əsas oyunçularımızdandı, onu buraxmaq istəmirik. Bilməliyik ki, hara gedir, niyə gedir. Çempionatın ikinci yarısının əvvəlinə az qalıb. Muarem bizə lazımlı futbolçudu. Onu buraxmaq bizə xoş deyil. Amma hərtərəfli razılıq olsa, futbolçunun qarşısını da kəsmərik. Əgər bu keçid baş tutsa, yerinə oyunçu transfer etməyimiz mümkündü. Bir neçə oyunçu ilə maraqlanırıq. Ola bilər ki, ən azı bir futbolçu ilə güclənək”.

 

Qeyd edək ki, “Qarabağ” “Split”ə 1:3 hesabı ilə uduzub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190699

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR