6 milyona yaxın insan Roma Papasını gözləyir

6 milyona yaxın insan Roma Papasını gözləyir
10:27 18 Yanvar 2015
79 Dünya
Ölkə mətbuatı
A- A+

Filippində Roma papasının çıxışını gözləyən milyonlarla insan bu dəqiqələrdə paytaxt Manilanın mərkəzi parkında toplaşıb
Filippində Roma papasının çıxışını gözləyən milyonlarla insan bu dəqiqələrdə paytaxt Manilanın mərkəzi parkında toplaşıb.

Anspress-in məlumatına görə, Papanın görüşünə 6 milyona yaxın insan gəlib. Bu miqyasda izdiham Vatikan tarixində bir ilk hesab olunur. İndiyə qədər heç bir Roma papasını bu qədər insan qarşılamayıb.

Bir qədər sonra pontifin Katolik xristianlarına məxsus dini ayinlər səsləndirəcəyi gözlənilir.

Bu gün, eyni zamanda, Vatikan rəsmisinin Filippinə səfərinin yekun günüdür. Artıq bir həftədir ki, papa Fransisk regionda səfərdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR