Aeroporta niyə marşrut işləmir?

Aeroporta niyə marşrut işləmir?
10:32 18 Yanvar 2015
122 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı hava limanına marşrut xətti işləmir
Axar.az-a müraciət edən bir qrup vətəndaş 2009-cu ildən bəri aeroporta avtobus olmamasından şikayətlənir. Bir müddət əvvəl 16 saylı marşrut xətti fəaliyyət göstərsə də, sonra gündəlik planın ödənə bilmədiyini səbəb göstərib bağlayıblar.
 
Milli Məclisdə də aeroporta marşrut xətti açılması barədə təkliflər səslənmişdi, Nəqliyyat Nazirliyi problemin həll olunacağını açıqlamışdı.
 
Redaksiyaya məktub yazan vətəndaşlar bunları xatırladaraq məsələnin icra olunmadığını qeyd edirlər.
 
Onların sözlərinə görə, aeroporta gedən sərnişinlər taksi xidmətindən istifadə etmək məcburiyyətindədir. Bu da artıq xərcdir. Çünki 16 nömrəli marşruta 50 qəpik gediş haqqı ödəməklə hava limanına çatmaq mümkün idi.
Müraciətdə nazirlikdən məsələyə baxılması xahiş olunur.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR