Qadının həyətinə soxulub əl-üz dəsmalını oğurladılar – QƏRİBƏ OLAY

Qadının həyətinə soxulub əl-üz dəsmalını oğurladılar – QƏRİBƏ OLAY
11:14 18 Yanvar 2015
135 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qəribə oğurluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Şahlar Allahverdiyev küçəsində (20-ci sahə adlanan ərazi) yaşayan 1986-cı il təvəllüdlü Məmmədova Günel Telman qızı 8-ci Polis Bölməsinə müraciət edib. Qadın qeyd edib ki, evdə olmadığı vaxt naməlum şəxs və ya şəxslər hasardan keçmək üsulu ilə onun evinin həyətinə soxulub və həyətdə əl-üz yumaq üçün nəzərdə tutulmuş yerdəki asılqandan dəyəri 4-5 manat olan dəsmal oğurlanıb.

 

Müraciət əsasında zəruri araşdırmalar aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190704

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR