Millətlər Liqasının son turunda İspaniyaya 0:6 hesabıyla uduzan Almaniya millisində baş məşqçi dəyişikliyi əsas söhbət mövzusudur.

Metbuat.az "Sport Bild"ə istinadən xəbər verir ki, Yoahim Lövü sabiq köməkçisi - "Bavariya"nın hazırkı çalışdırıcısı Hans-Diter Flik əvəzləyə bilər.

Artıq futbol başbilənləri Münhen klubu ilə olan müqaviləsinin müddəti 2023-cü ildə bitəcək Fliki "Bavariya"dan "qoparmağın" yollarını axtarır.

Qeyd edək ki, 0:6 hesablı darmadağın üzündən almanlar UEFA Millətlər Liqasının pley-off mərhələsinə yüksəlmək şansını itirib. (fanat.az)