Aktrisa Eva Lonqoriya payızda yeni mini-serialla ekrana qayıdacaq.
Axşam.az-ın xarici mediaya istinadən xəbərinə görə, "Sabun operası" ("Telenovela") adlanan komediyanın mövzusu bir serialın çəkiliş meydançasında baş verənlərlə bağlı olacaq.
Cəmi 13 seriya olacaq ekran işində aktrisa Anna-Mariya adlı obrazını canlandrımaqla yanaşı, həm də layihənin prodüsseri olacaq.
Qeyd edək ki, Lonqoriya "Desperate Housewives" ("Ümidsiz ev qadınları") və "Brooklyn Nine-Nine" ("Bruklin 9-9") serialları ilə məşhurlaşıb. Həm də bir neçə ay əvvəl premyerası baş tutan "Con Uik" boevik filminin prodüsseri olub.