Muarrem "Qarabağ"da qaldı - AÇIQLAMA

Muarrem "Qarabağ"da qaldı - AÇIQLAMA
11:59 18 Yanvar 2015
138 İdman
Ölkə mətbuatı
A- A+

“Çətin oyun oldu. Məşqlərə təzə başlamışıq. Buna görə də matçlara hazır deyilik. Ancaq çempionat başlayana kimi tam hazır olacağıq”. 
 

 

Lent.az-ın məlumatına görə, bunu qol.az-a açıqlamasında “Qarabağ”ın futbolçusu Muarem Muarem Xorvatiyanın “Split” klubuna 1:3 hesabı ilə uduzduqları yoxlama görüşündən sonra deyib.

Makedoniyalı oyunçu Türkiyə superliqa təmsilçisi “Eskişehispor”a keçidinin alınmamasına üzülmədiyini bildirib:

“Baş məşqçim Qurban Qurbanovla bu barədə danışmışam. Hər iki tərəf razılığa gəldiyi zaman bu transfer baş tutacaq. “Eskişehirspor” “Qarabağ”ın istədiyi məbləği verə bilmədiyinə görə kluba keçidim alınmadı. Burada qaldığım üçün çox xoşbəxtəm. Transfer məsələsinin alınmamağına üzülmürəm. Artıq baş məşqçimlə danışmışam, may ayına kimi burdayam. Hələlik getmək ehtimalım yoxdur. Təbii ki futbolçu karyeram ərzində böyük klublarda oynamaq istəyirəm. Amma “Qarabağ” onlardan daha böyük klubdur”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190707

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR