MİS-lərin arayış problemi...

MİS-lərin arayış problemi...
12:47 18 Yanvar 2015
165 Sosial
Ölkə mətbuatı
A- A+

Mənzil-istismar sahələri ilə (MİS) vətəndaşlar arasında arayış problemi çözülmək bilmir.
 
Bu barədə virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.
 
Hüquq müdafiəçisinin sözlərinə görə, MİS-lər kommunal xidmətlərə borcu olan vətəndaşlara arayış verməkdən imtina edirlər. Lakin bu, heç bir qərar və ya qanunla tənzimlənməyib: “Sonuncu şikayət Sabunçu rayonundakı 44 saylı MİS-dən daxil olub. Vətəndaşa kommunal borcun ödənilməyəcəyi təqdirdə arayış verilməyəcəyi bildirilmişdi. Biz həmin vətəndaşa kömək göstərdik. Lakin əksər vətəndaşlar kommunal borcu olanlara arayışların verilmədiyinin qanunla əlaqəsi olmadığını bilmir”.
 
E.Hüseynov dedi ki, vətəndaşların məlumatsızlığından istifadə edirlər: “Kommunal borcları ödəməyənlər arayış ala bilərlər. Sadəcə olaraq, insanlar öz hüquqlarını bilməlidir. Onların məlumatsızlığı isə "JEK"lərin işinə yarayır”.
 
Qeyd edək ki, artıq müvafiq arayışları internet vasitəsilə də əldə etmək mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR