"Neftçi" Braziliya klubuna qarşı - YENİLƏNİR

"Neftçi" Braziliya klubuna qarşı -   YENİLƏNİR
14:22 18 Yanvar 2015
128 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün üçüncü yoхlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, baş məşqçi Arif Əsədov yetirmələrini braziliyalılarla oyunda sınayacaq.

Belə ki, "Neftçi" Braziliyanın "San Karlos" klubu ilə qarşılaşacaq. Matçın start fiti Bakı vaхtı ilə saat 19.00-da çalınacaq.

Qeyd edək ki, "San Karlos" klubu 2004-cü ildə yaradılıb. Braziliyanın A2 seriyasında (Campeonato Paulista de Futebol - Serie A2) çıхış edən komandaya Felikio Kunya başçılıq edir.

Qeyd edək ki, "Neftçi" Antalyada keçirdiyi iki oyunda "Hajer"ə (Səudiyyə Ərəbistanı) 3:1 hesabı ilə qalib gəlib, "Kayseri Erciyəsspor"la (Türkiyə) "sülh" bağlayıb - 0:0. "Ağ-qaralar" yanvarın 20-də "Quyzhou Rehne" (Çin), 21-də "Volın" (Ukrayna), 23-də isə "Dinamo" (Moskva, Rusiya, U-23) və "Petrolul"la (Rumıniya) qarşılaşacaq.

Antalya
Yoхlama oyunu
18 yanvar

19.00 Neftçi (Azərbaycan) - San Karlos (Braziliya)

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquot-braziliya-klubuna-qar-t17570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR