Rio-2016: Braziliyalılar üçün biletlər ucuz olacaq

Rio-2016: Braziliyalılar üçün biletlər ucuz olacaq
15:08 18 Yanvar 2015
195 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 18 yanvar, AzərTAc
2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarına biletlər qiymətinə görə bir çox braziliyalı üçün əlçatan olacaq.
AzərTAc Vesti.ru saytına istinadla xəbər verir ki, Rio-2016-nın təşkilat komitəsinin kommersiya direktoru Renato Siuçininin sözlərinə görə, 7,5 milyon biletin təxminən yarısının qiyməti 70 realdan (2,6 real = 1 ABŞ dolları), ən ucuz biletlər isə 40 realdan baha olmayacaq. Bundan başqa tələbə, pensiyaçı və əlillər üçün 50 faiz endirimlər də nəzərdə tutulub.
Ən bahalı biletlər isə gözlənildiyi kimi, açılış mərasimində olacaq. Burada VİP yerlərin qiyməti təxminən 4600 real nəzərdə tutulur. Ümumilikdə isə bütün biletlərin 81 faizinin 300 realdan az olacağı bildirilir. Oktyabr ayından biletlərin internet satışına başlanılmalıdır.
Olimpiya oyunlarında bilet satışından əldə olunan gəlirin 7 milyard real olacağı gözlənilir. Təşkilatçılar ötən il keçirilən futbol üzrə dünya çempionatı zamanı braziliyalıların narazılıqlarını nəzərə almağa çalışıblar. O zaman bir çox azarkeş turnirin yekun fazasında biletlərin həddən artıq baha olmasından şikayətlənirdilər.
Oyunların təşkilatçıları yuxarıda göstərilmiş qiymətlərin yalnız braziliyalılar üçün nəzərdə tutulduğunu, əcnəbilərin isə biletləri bilavasitə öz ölkələrində ala biləcəklərini qeyd ediblər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rio_2016_Braziliyalilar_uchun_biletler_ucuz_olacaq-825635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR