Bakıda cinsi azlıq nümayəndələrinə qarşı 2 CİNAYƏT

Bakıda cinsi azlıq nümayəndələrinə qarşı 2 CİNAYƏT
15:14 18 Yanvar 2015
220 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda cinsi azlıq nümayəndəsini döyüblər. Lent.az-ın məlumatına görə, hadisə Əziz Əliyev küçəsi 1 ünvanında, “Kakadu” gecə klubunda baş verib. Polisə şikayət edən Ucar rayon sakini, 24 yaşlı Erkin Həsənov (ad və soyad şərtidir) bildirib ki, gecə saat 04 radələrində klubda olarkən tanımadığı şəxs onu nalayiq sözlərlə təhqir edib və vəhşicəsinə döyüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Bakının Yasamal rayonunda da cinsi azlıq nümayəndəsinə qarşı cinayət törədilib. Lent.az-ın məlumatına görə, yanvarın 14-də polisə müraciət edən Gürcüstan Respublikası vətəndaşı, 1991-ci il təvəllüdlü Elton Allahverənov (ad və soyadlar şərtidir) bildirib ki, internetdə tanış olduğu şəxs ona qarşı dələduzluq edib. 29-cu Polis Bölməsinə ərizə yazan 24 yaşlı oğlan qeyd edib ki, yanvarın 13-də internetdə Firudin Əbilov adlı şəxslə tanış olublar və onlar görüşmək qərarını gəliblər. Bir qədər sonra Yasamal rayonu M.Həsənov küçəsi 1 ünvanının qarşısında görüşərkən F.Əbilov E.Allahverənovun telefonunu danışmaq üçün alıb. Telefonla danışa-danışa bir qədər irəliləyən şəxs daha sonra qaçaraq uzaqlaşıb.

 

Bildirilir ki, polisə müraciət edən və hadisəni törədən şəxs cinsi azlıq nümayəndəsidir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190721

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR