Yeni dönəm: ABŞ-a qarşı gizli cəbhə qurulub - Bayden “hücum siyasəti”nə keçir

Metbuat.az və “Atlas” Araşdırmalar Mərkəzi ilə birlikdə hazırlanan layihəmizin bu dəfə ki, mövzusu ''ABŞ dünyada baş vermiş hərbi-siyasi proseslərin iştirakçısı kimi''-dir.

Mövzunu “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekperti Samir Hümbətov ilə müzakirə etdik.

- Samir bəy, dünyada 20 il ərzində baş vermiş hərbi-siyasi proseslərə ABŞ ya birbaşa ya da dolayı yolla müdaxilələr edib. Məqsəd nədir? ABŞ-ın konkred hədəfi kimlərdir?


“Əgər biz qarşımıza dünya xəritəsini qoyub ABŞ-ın hansı dövlətlərə hərbi müdaxilə etməsinə xəritə üzərində diqqət yetirsək bizim üçün bəzi məqamlar aydın şəkildə görünəcək. Öncə ABŞ-ın ilk işğal etdiyi Əfqanıstanın yerləşdiyi regiona diqqət edək.

Əfqanıstanın qonşu olduğu dövlətlər sırasında Çin və İran var ki, ABŞ üçün hər iki dövlət ciddi rəqib, hətta müəyyən mənada düşman kimi də təqdim edilir. ABŞ və İran arasında uzun illərdi davam edən “Soyuq müharibə” bu gün də özünün aktuallığını qoruyub saxlayır. Uzun illərdir ABŞ və İran arasında davam edən nüvə məsələsi bu gün də dünyanın müzakirə etdiyi əsas gündəm məsələlərindən biridir. ABŞ və İsrail üçün İran Yaxın Şərqdə ən böyük təhlükədir ki, bunu da ABŞ istənilən mümkün variantlarla aradan qaldırmağa çalışır.

Bu günə kimi ABŞ bu məsələdə o qədər də ciddi uğur qazana bilməsə də, uzun illərdir tətbiq etdiyi sanksiyaların nəticəsində İran iqtisadiyyatı tamamilə çökmə ərəfəsinə gəlmişdir. İndi ABŞ üçün əsas məqsəd 1979-cu ildən bəri İranda mövcud olan rejimi devirməkdir. ABŞ bununla Yaxın Şərqdə və İranın təsir gücünün çox olduğu dövlətlərdə özünə yaxın qüvvələrin hakimiyyətə gətirilməsini hədəfləyir.

Əgər ABŞ bunu bacarsa, o zaman həmin dövlətlərdə mövcud olan enerji resurslarını və strateji nəqliyyat dəhlizlərini ələ keçirəcək ki, bu da ABŞ-ın uzun illər dünyanın əsas söz sahibi olacağına heç bir şübhə yeri qoymur”.

Əfqanıstan müharibəsi (2001-günümüz) — Vikipediya

- ABŞ-ın Çinə təzyiqləri də birmənalı deyil. Yoxsa ABŞ gələcəkdə Çinin irəli sürəcəyi layihələr ilə müttəfiqlərini itirmək təhlükəsini öncədən sezə bilib?

“XX əsrin sonları, XXI əsrin əvvəllərindən başlayaraq Çinin sürətlə iqtisadi inkişaf yolunu tutması ABŞ tərəfində ciddi narahatlıqla izənməyə bilməzdi. Məhz ABŞ-ın Əfqanıstanı işğal etməsindəki əsas səbəblərdən biri də Çinə qonşu olmaq və onun regionda atdığı addımları diqqətlə izləməkdən ibarət idi.

Bu gün ABŞ təkcə Əfqanıstanı işğal edib Çinə qonşu olmaqla da kifayətlənmir.

O eyni zamanda Şərqi Asiyada Yaponiya və Cənubi Koreya ilə ciddi müttəfiqlik münasibətlərini davam etdirir. ABŞ-ın Çinə digər təziq vasitələri Tayvan və Uyğur məsələsidir ki, bu məsələlər ABŞ tərəfində daima dünya medyasında tirajlanır.

Görünən odur ki, həm Tayvan, həm də Uyğur məsələsi ABŞ-ın Çinə qarşı tətbiq edə biləcəyi ən uğurlu təziq vasitələrindən biri hesab edilir. Çini insan haqları məsələsində tutduğu mövqe ABŞ tərəfindən ciddi şəkildə izlənilir və imkan düşdükcə bu vasitələrlə də Çinə təziq olunmağa çalışılır. Təbii ki, ABŞ-ın Çinə qarşı tutduğu bu sərt mövqeyin arxasında gələcəkdə Çinin ABŞ üçün böyük təhlükə yarada bilmək ehtimalının olduğunu hesab edənlər daha çoxdur. Ona görə də ABŞ digər ölkələr kimi Çini də daima təziq altında saxlamağa çalışır.

Çin eyni zamanda növə silahlarına sahib olan dövlətlərdən biridir ki, bunu da ABŞ özünə ən böyük təhlükə hesab edir.

Nəzər alsaq ki, Çinin həyata keçirmək istədiyi “Bir Kəmər, Bir Yol” layihəsi hətta ABŞ-ın ənənəvi müttəfiqləri üçün də cəlbedici layihə kimi görünür və onlar da bu layihənin iştirakçısıdırlar, o zaman ABŞ-ın həm Çinə, həm də öz müttəfiqlərinə qarşı bundan sonrakı siyasəti daha ciddi və kəskin ola bilər”.

ABŞ-Çin müharibəsi başlayır

-Co Bayden hakimiyyətə gəldikdən sonra Rusiyaya qarşı sərt açıqlamaları ilə gündəmdə əməlli başlı yerini tutdu. Baydenin Putinə qarşı qərəzli mövqeyinə əsas səbəblər nədir?

“Bu gün ABŞ-ın əsas həfə hesab etdiyi dövlətlərdən biri də Rusiyadır. Xüsusilə də Co Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ-ın Rusiyaya qarşı mövqeyi daha da sərtləşib. Təbii ki, ABŞ-ın Rusiyaya qarşı belə sərt mövqedə dayanmasının da özünəməxsus səbəbləri var.

Bura daxildir strateji baxımdan vacib əhəmiyyətə malik bəzi regionların ələ keçrilməsi, dünyadakı enerji resurslarına sahib olmaq, nüvə və digər kütləvi qırğın silahlarına malik olmaq və s.

ABŞ və Rusiya arasında ilk ciddi rəqabət 2003-cü ildə Gürcüstanda baş vermiş “Məxməri İnqilab” və İraqın işğalı oldu. Tərəflər arasında ikinci qarşıdurma 2010-cu ildə başlamış “Ərəb Baharı” nəticəsində oldu. Burada da Rusiya ilə yaxın müttəfiqlik münasibətlərinə malik olan dövlətlərdə rejim dəyişiklikləri yaxud vətəndaş müharibəsi baş verdi. Nəticədə bəzi dövlətlər bu və ya digər formada parçalandı.

Tərəflər arasında üçüncü qarşıdurma 2014-cü il Ukraynada baş vermiş hadisələrin fonunda yaşandı. Nəhayət tərəflər arasında dördüncü qarşıdurma 2018-ci ildə Ermənistanda baş vermiş “Məxməri İnqilab” idi. Daima ABŞ KİV-lərdə yayılan məlumatlar sırasında Rusiyanın kibercinayətkarlığı əsas yer tutur. Təsadüfü deyil ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların səbəbləri sırasında kibercinayətlə bağlı iddialar yer alır.

ABŞ tərəfi 2016-cı idə keçrilmiş prezident seçkilərində Rusiya tərəfindən edilmiş kiber cinayətkarlıq səbəbindən Donald Tramp hakimiyyətə gəlib”.

Biden signals tougher Russia stance in first Putin call

- Samir bəy, yaxın gələcəkdə C.Baydenin sözügedən dövlətlərə qarşı necə bir mövqe sərgiləyəcəkdir?

“Belə nəticəyə gəlmək olar ki, Çin, İran və Rusiya ABŞ üçün strateji xarici siyasət hədəflərini gerçəkləşdirməkdə əsas maneə hesab edilirlər. Həm Çinin, həm Rusiyanın nüvə və digər kütləvi qırğın silahlarına malik olmaları ABŞ üçün ciddi problemlər yaradan məsələlərdən biri hesab olunur. İranın Yaxın Şərqdə və digər regionlarda özünün “yumuşaq güc” güc siyasətini həyata keçirməyə çalışması da ABŞ üçün ciddi narahatlıq yaradır.

ABŞ hər üç dövləti: Çin, Rusiya və İranı yuxarıda qeyd olunan səbəblərə görə özünə ciddi narahatlıq hesab edir. Sözügedən həmin dövlətlər də məhz ABŞ-a qarşı eyni cəbhədə yer almağa davam edirlər. Hesab etmək olar ki, ABŞ-da yeni hakimiyyətə gəlmiş C. Bayden hakimiyyəti sözügedən dövlətlərə qarşı sərt mövqeyini qorumağa çalışacaqdır”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI