Baydendən Putinə "sərt siyasət" mesajı - ABŞ və Rusiya "soyuq müharibə" dönəminə qayıdır

Metbuat.az və “Atlas” Araşdırmalar Mərkəzi birlikdə hazırlanan layihəmizin bu dəfə ki, mövzusu “Rusiya və qərb ölkələri arasındakı mövcud münasibətlər”- dir.

“Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekperti Samir Hümbətovun mövzu barədə Metbuat.az-a özəl şərhini oxuya bilərsiniz.


Rusiya və Qərb ölkələri, xüsusilə ABŞ arasında münasibətlər gərginliyinə görə əvvəlkilərdən fərqli olaraq daha qabarıq görünməyə başladı.

2021-ci ilin fevral ayının əvvəlində Avropa İttifaqı müxalifət lideri Aleksandr Navalinin zəhərlənməsini əsas götürərək Rusiyaya qarşı sanksiyalar məsələsini gündəmə gətriməyə başladı. Fevralın 22-də Avropa İttifaqı ölkələri müxalifət lideri Aleksandr Navalinin həbsinə etiraz olaraq küçəyə çıxmış insanlardan 3000 nəfərdən artığını həbs etməkdə əli olmuş Rusiyanın bəzi güc strukturlarının rəhbər şəxslərinə qarşı sanksiyalar tətbiq etməyə başladılar.

Sanksiyalar tətbiq olunmuş şəxslər arasında Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, Federal Pentensiar Xidmətin rəisi Aleksandr Kalaşnikov, Baş prokror İqor Krasnov, Rusiya Federasiyası Milli Qvardiyasının komandanı Viktor Zolotov da var.

Rusiya tərəfi Avropa İttifaqının atdığı addımlara cavab addımları aracağını bildirdi. Bu hadisədən sonra vəziyyət daha da gərginləşdi.

Avropa İttifaqı və Rusiya arasında münasibətlərin belə gərgin hala gəlməsi bir necə amildən qaynaqlandığı güman olunur. Şübhəsiz ki, bu amilləri iki qrupa ayırmaq mümkündür. Daxili və xarici amillər. Yəni tərəflər arasında baş vermiş hadisələr tərəflərin daxili və xarici siyasətindən qaynaqlanmasını demək mümkündür.

Məsələyə Avropa İttifaqının nöqteyi-nəzərindən yanaşdıqda güclü Rusiya Avropa üçün həm hərbi, həm də siyasi baxımdan daima təhdid kimi qəbul olunur. Ona görə də, Avropa İttifaqı Rusiya ilə münasibətlərində müəyyən çərçivlərə uyğun addım atır.

Навальный: я знаю всех, кто пытался меня убить

Avropa Birliyi və həmçinin ABŞ üçün Rusiyadan gələn digər təhdid kiber cinayətkarlıqla bağlıdır. ABŞ-ın Rusiyaya qarşı qəzəbinin səbəblərindən biri 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərində Donalt Trampın prezident seçilməsi üçün Rusiyanın kiber müdaxiləsi ilə bağlıdır.

Təbii ki, bu məsələdə Rusiya və Avropa İttifaqı arasında da gərgin münasibətlər mövcuddur. 2018-ci ildə Avropa İttifaqı kiber cinayətkarlıqla əlaqədar olaraq Rusiyanın hərbi kəşfiyyat xidməti ilə əlaqədə olması güman edilən bəzi şəxslərə qaşı sanksiyalar tətbiq etməyə başladı. Şübhəsiz ki, Rusiya tərəfi qərb dövlətlərinin ona qarşı irəli sürdüyü ittihamları rədd etdi və onun əsassız olduğunu bildirdi.

Məsələyə Rusiyanın nöqteyi-nəzərindən yanaşdıqda qərb dövlətləri ilə Rusiya arasında yaranmış gərginliyin əsas səbəbləri sırasında Qərb dövlətlərinin Rusiyaya qarşı siyasi, hərbi və iqtisadi təziqləri xüsusi önəm kəsb edir. Rusiya Aleksandr Navalni məsələsində qərb dövlətlərinin Rusiyanın daxili işlərinə qarşımaqda ittiham edir. Rusiya məhz Aleksandr Navalniyə görə qərb dövlətləri tərəfindən tətbiq olunmuş sanksiyalara ciddi etirazını bildirir və qeyd edir ki, nümayiş etdirilən bu münasibətlər ikitərəfli əlaqələrə ciddi zərbə vurur.

Ən böyük hücumlardan biri': Rus hakerlər ABŞ hökumət idarələrini  hackladılar - ForumDaily

Yaranmış gərginliyin xarici amillərlə əlaqəsini araşdırdıqda tərəflərin bir-birini qarşılıqlı şəkildə ittiham etdiyini görə bilərik. Avropa Birliyi və ABŞ Rusiyanı Dnestryanı əraziləri, Ukraynanın Krım yarımadasını, Gürcüstanın Abxaziya və Cənubi Osetya ərazilərini işğal etməkdə və nəhayət Belarusiyada Lukaşenko hökumətinə dəstək verməkdə ittiham edir. Rusiya da öz növbəsində qərb dövlətlərini post-sovet məkanındakı dövlətlərin daxili işlərinə müdaxilə etməkdə ittiham edir.

Rusiyaya qarşı qərb dövlətləri eyni cəbhədə dayansalar da, bəzi msələlərdə fikir ayrılıqları mövcuddur. Təbii ki, burada iqtisadi amillər ön plana çıxır. Yəni Avropa Birliyi Rusiya ilə digər sahələrdə ciddi problemlər yaşasalar da, iqtisadi sahədə əməkdaşlığı davam etdirmək niyyətində olduqları görünür.

Burada xüsusən Rusiya ilə energetika sahəsində əməkdaşlığın davam etdirilməsidən söhbət gedir. Dünya Bankının 2019-cu il üçün nəzərdə tutulmuş statistikalarına diqqət etdikdə Avropa Birliyinin Rusiyada 200 milyard m3 qaz aldığını görə bilərik. Bu da onu deməyə əsas verir ki, Avropa Birliyi enerji məsələsində hələdə Rusiyadan asılı olması görünməkdədir.

Avropa Birliyi Rusiyanı koronavirus barədə dezinformasiya yaymaqda  günahlandırdı

Avropa Birliyinin Rusiya ilə münasibətlərinin gərgin olmasının səbəbi təkcə yuxarıda qeyd olunanlarla məhdudlaşmır. Burada ABŞ-ın Rusiya məsələsində Avropa Birliyinə ciddi təziqlərinin olduğu açıq-aydın görünməkdədir. Məhz buna görədir ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində Avropalı bəzi şirkətlər böyük ziyan gördülər.

Belə vəziyyət Avropanı ciddi narahat edir. İndi Avropa Birliyi üçün prioritet məsələ xarici siyasət strategiyasıda ABŞ və Rusiya arasında əməkdaşlığı qorumaqla balanslı siyasət yürütməkdir. Fikrimcə nə Avropa Birliyi, nə də ABŞ üçün güclü Rusiya anlayışı qəbul edilməzdir. Təbii ki, qarşı tərəf üçün də bu məsələ keçərlidir.

Hesab edirəm ki, bəzi sahələrdə əməkdaşlığı davam etdirməklə Avropa Birliyi və ABŞ-ın Rusiyaya qarşı təzyiqləri artacaq. ABŞ prezidenti Co Bayden bir neçə gün öncə açıqlaması Rusiyanın Krımı ilhaq etdiyini və belə hadisənin ABŞ tərəfindən qəbuledilməz olduğunu bildirməsi buna ciddi siqnal ola bilər. Güman etmək olar ki, qarşıdakı 4 ildə Rusiyanı qərb ölkələri, xüsusən də ABŞ tərəfindən ciddi təziqlər gözləyir.

Hazırladı:Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı