İrina Şeyk və Ronaldonun ayrılması rəsmiləşdi - "Ayrılığın səbəbi..."

İrina Şeyk və Ronaldonun ayrılması rəsmiləşdi - "Ayrılığın səbəbi..."
15:41 18 Yanvar 2015
220 Şou
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştiano Ronaldonun məşhur model İrina Şeykdən ayrılması rəsmi şəkildə təsdiq olunub.

Axşam.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, 5 ildir sevgili olan cütlük haqqında ayrılıq xəbərləri bir neçə gün əvvəl Ronaldonun "Qızıl Top" mükafatını alarkən mərasimdə tək olması və sevgilisinin onu təbrik etməməsindən sonra yarandı.

Rus modelin Ronaldonun ailəsiylə aralarının yaxşı olmadığı deyilsə də, İrinanın rəsmi təmsilçisi Stefani Smit söz-söhbətə aydınlıq gətirib:

"İrinanın Ronaldo ilə münasibətinin sona çatıb. Amma haqqında yayılan xəbərlər doğru deyil. Münasibətləri müddətində İrina Kriştianonun ailəsiylə olduqca yaxın idi. Bu mövzuya aid mediada yayılan iddiaların heç biri həqiqətə uyğun deyil. Ayrılığın səbəbi, ümumiyyətlə, bu yazılanlar deyil".

Qeyd edək ki, İspaniya mediası portuqaliyalı futbolçuyla sevgilisin ayrılma səbəbi kimi, İrinanın Ronaldonun anasının ad gününə qatılmamasını göstərib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25266

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR