Dul qadını evində vəhşicəsinə qətlə yetridilər

Dul qadını evində vəhşicəsinə qətlə yetridilər
16:05 18 Yanvar 2015
131 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Bolu şəhərində, ərindən boşandıqdan sonra tək yaşayan 31 yaşındakı Nurtən Çelikbaş döyüldükdən sonra başına kəsici alətlə vurularaq, öldürülmüş halda tapılıb. Polis cinayətkarın axtarışına başlayıb.
 
Musavat.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə axşam saatlarında Mədəniyyət məhəlləsi, Atilla küçəsində Nurten Çelikbaşa aid evdə meydana gəlib. Bolu İzzət Baysal Təhsil və Araşdırma Xəstəxanasında təmizlik işçisi olaraq, çalışan Nurtən Çelikbaşın qapısının açıq olmasından şübhələnən qonşuları evə girdiklərində gənc qadını qanlar içərisində tapıblar.
 
Qonşuların xəbər verməsi üzərinə hadisə yerinə gələn polis əməkdaşları Nurtən Çelikbaşın vəhşicəsinə döyüldüyünü və başına kəsici bir alətlə vurularaq öldürüldüyünü aydınlaşdırıblar.
 
N.Çelikbaşın evində iki nəfərlik bir səhər yeməyi masasının olması səbəbi ilə cinayətin səhər saatlarında törədildiyi iddia edilir.
 
Araşdırmalar nəticəsində məlum olub ki, N.Çelikbaşın mənzilinin əsas giriş qapısında hər hansı xəsarət aşkarlanmayıb. Cinayətkar ya qapını açarla açıb, ya da evin qonağı olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR