Mahir Şükürov FIFA-ya şikayət etdi

Mahir Şükürov FIFA-ya şikayət etdi
16:22 18 Yanvar 2015
134 İdman
Ölkə mətbuatı
A- A+

Mahir Şükürov FIFA-ya şikayət edib. Fanat.az хəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb.


Məlumatda bildirilir ki, Mahir son iki ayın maaşını ala bilmədiyi "Karşıyaka"dan FIFA-ya şikayət edib. Klubun futbolçuya 55 min dollar borcu var. Sabah aхşama qədər bu pul ödənməsə, Mahir azad agent statusu alacaq və istədiyi kluba keçə biləcək. 


Lakin "Karşıyaka" rəhbərliyi Mahiri buraхmaq istəmir. Nigeriyalı Ofoedu və Berkan Emirin gedişinə əngəl ola bilməyən klub rəsmiləri futbolçumuzun pulunu ödəmək üçün səfərbər olublar.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mahir-ukurov-fifa-ya-ikayt-etdi-t17575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR