Bakı metrosunda xoşagəlməz hadisə: gənc xanımı xəstəxanaya apardılar - FOTO

Bakı metrosunda xoşagəlməz hadisə: gənc xanımı xəstəxanaya apardılar - FOTO
16:32 18 Yanvar 2015
603 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı metrosunun "28 May" stansiyasında xoşagəlməz hadisə baş verib. Belə ki, təxminən 20-25 yaşlarında olan bir xanım sərnişin huşunu itirərək, yerə yıxılıb.
 
Hadisənin şahidlərinin musavat.com-a verdikləri məlumata görə, huşunu itirərək yıxılan qızın vəziyyətinin pisləşməsi metrodakı havasızlıq şəraiti ucbatından baş verib.
 
Belə ki, Bakı metrosunun "28 May" stansiyasında basabas olduğundan qızın halı pisləşib və o huşunu itirib. Sərnişinlərin köməkliyi ilə halı pisləşən xanım metro stansiyasından bayıra çıxarılıb.
 
Hadisə yerinə Bakı Metropoliteninin işçiləri tərəfindən təcili tibbi yardım çağırılıb. Həkimlər tərəfindən gənc xanıma ilkin yardım göstərilib və o, xəstəxanaya aparılıb.

Milli.Az














Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR