QALMAQAL: Məşhur müğənni həmkarını təhqir etdi

QALMAQAL: Məşhur müğənni həmkarını təhqir etdi
17:27 18 Yanvar 2015
314 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Sənin kimi hər yerimi açıqda qoyub gəzmirəm, meymun xanım"
Türkiyənin tanınmış müğənniləri Hülya Avşarla Yıldız Tilbe arasında qalmaqal yaşanıb.

Anspress-in məlumatına görə, "Bu tarz benim" dəb yarışmasında münsif heyəti qismində əyləşən Hülya Avşarın ehtiyatsızlığı yeni qalmaqala səbəb olub.

Belə ki, yarış iştirakçılarından biri müğənni Yıldız Tilbeni təqlid edib. Hülya Avşar isə "səndə bu təqlid alınmayıb. Çünki sən gözəlsən" deyib. Sözlərinin sərt olduğunu görən Avşar "Yıldız məni səhv anlamasın, əlbəttə ki, çirkin və sairə demədim", - deyərək Yıldız Tilbenin könlünü almağa çalışıb.

Amma alınmayıb. Yıldız Tilbe bərk əsəbiləşərək "Twitter" hesabında ağır sözlər işlədib, Hülya Avşara "xəstə", "əxlaqsız", "meymun" deyib.

Yildlz Tilbe "Sənin kimi hər yerimi açıqda qoyub gəzmirəm, meymun xanım" deyərək Hülya Avşara etirazını bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/319694.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR