Tanınmış müğənninin sevgilisi öldürüldü (FOTO)

Tanınmış müğənninin sevgilisi öldürüldü (FOTO)
17:56 18 Yanvar 2015
211 Şou
Ölkə mətbuatı
A- A+

"Taliban" terrorçularının Britni Spirsin sevgilisi Con Sandalı öldürməsi haqqında məlumat yayılıb.

ANS PRESS-in məlumatına görə, 44 yaşlı Con Sandal Əfqanıstanda özəl bir şirkətdə pilot olaraq işləyib. Ailəsinin məlumatına görə, o, keçən həftə Əfqanıstanın Kabul şəhərindən qalxan helikopteri idarə edərkən "Taliban" tərəfindən vurulub.

Mətbuatda Britni Spirsin bu hadisədən çox kədərləndiyi yazılır.

Qeyd edək ki, Britni Spirslə Con Sandal 2007-ci ildə bir müddət birlikdə olublar. Sandal Spirsə alkoqol asılılığından xilas olmağa kömək edib. Onlar tanış olandan qısa müddət sonra ayrılsalar da, dost münasibətləri saxlayıblar.












Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=320414

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR