“Kasımpaşa”nın baş məşqçisi Şota Arveladze rekord.az-a müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.
- Yoxlama matçında “İnter”ə 1:3 hesabı ilə uduzdunuz. Öncə başlayaq bu matçdan...
- “İnter” çox yaxşı hazırlıq dönəmi keçir. Çox yaxşı oynadılar və onları təbrik etmək lazımdır.
- Məğlubiyyətin əsas səbəbini nədə görürüsünz?
- Səbəb rəqib. Yaxşı oynadılar və qalib gəldilər.
- Kaxaber Tsxadadzenin fəaliyyətini necə qiymətləndirirsiniz, onun Gürcüstan millisinə baş məşqçi təyin olunmasına münasibətiniz necədir?
- Kaxa hər zaman öz üzərində çalışır. İşini bilən bir məşqçidir. “İnter”in oyunundan da bunu görmək olar.
- Gürcüstan millisində uğur qazana biləcək?
- Mütləq.
- Sizin özünüzə Azərbaycan millisindən iş təklifi gəlsə, qəbul edərsiniz?
- Gələcək haqda danışmaq çox asandır. Ona görə də bu haqda çox şey deyə bilməyəcəm.
- Bəs komandanızda azərbaycanlı futbolçu görə bilərik?
- “İnter”də 91 nömrəli futbolçununun oyununu çox bəyənirəm və onu komandamda görmək istərdim (Coşqun Diniyevi nəzərdə tutur).
- Kaxanın gedişindən sonra “İnter”i çalışdırmaq sizə təklif olunsa,qəbul edərsiniz?
- Yox, heç vaxt Kaxanın yerinə keçmərəm. Həm onun, həm də mənim öz klublarımızla müqaviləmiz var.
Fanat.az