Nadir Qafarzadə ondan ayrıldı (FOTO)

Nadir Qafarzadə ondan ayrıldı (FOTO)
18:36 18 Yanvar 2015
182 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Nadir Qafarzadə 8 il birgə çalışdığı prodüseri Ruslan Əliyevlə işbirliyinə son qoyub. ANS PRESS-ə açıqlama verən ifaçı bildirib ki, bir çox müğənnilərdən fərqli olaraq o, prodüseri ilə qalmaqallı şəkildə ayrılmayıb:

“Təxminən 8 ilə yaxındır ki, mənim komandamda çalışan prodüserimlə işbirliyinə son vermək qərarına gəldim. Bunu onun özünə dedim və bir-birimizi anlayıb, işbirliyimizə son qoyduq. İndi bir çox sənətçilər prodüserindən qalmaqalla ayrılırlar. Bizdə isə bu olmadı. Çünki o, mənim daim işlərimə kömək edib və duz-çörək kəsmişik. Hər bir işdə xeyir var. Ruslana da gələcək işlərində uğurlar arzulayıram. Düşünürəm ki, onun da karyerası qabaqdadır”

N.Qafarzadə onu da əlavə edib ki, hələ ki, onunla çalışacaq olan yeni prodüserin kimliyi məlum deyil: “Hazırda bir neçə prodüser mənlə çalışmaq istədiyini bildirib. Amma mən hansısa müğənnin yanında işləmiş bir prodüserlə işləmərəm. Hazırda seçim qarşısındayam. Daha çevik, işini bilən bir gənc olsa, onunla çalışacağam”.

Qeyd edək ki, prodüser R.Əliyev şou-biznesdə yalnız N.Qafarzadə ilə çalışıb.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=320436

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR