Meksikanın Zakatekas ştatında narkotik kartelləri arasında baş verən qarşıdurmada ən az 35 nəfər ölüb.

Metbuat.az oxu.az-a istinadən xəbər ki, San-Xuan-Kapistrano kəndində “Xaliskonun Yeni Nəsli” (CJNG) və “Sinaloa” kartelinin üzvləri bir-birlərinə hücum çəkiblər. Cümə axşamı günortadan sonra başlayan qarşıdurma cümə səhəri bitib.

Hadisə yerinə Meksika Ordusu və Dövlət Baş Prokurorluğunun üzvləri yollanıblar.

Ətrafda cəsədlərdən əlavə, iki yanmış pikap da aşkarlanıb. //Oxu.az