“Park Residence Mingəçevir”-in inşası başa çatmaq üzrədir

“Park Residence Mingəçevir”-in inşası başa çatmaq üzrədir
11:23 29 May 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 29 may, Ramiz Quliyev, AZƏRTAC
“AS Group İnvestment” şirkəti tərəfindən tikintisi həyata keçirilən “Park Residence Mingəçevir” yaşayış binasında son tamamlama işləri gedir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, hazırda binanın pəncərə profilləri quraşdırılır, kommersiya obyektlərinin yerləşəcəyi ilk 2 mərtəbədə isə divar hörgüsü görülür, daş ağlaydan üzlük çəkilir. Bundan əlavə yeraltı parkinqin giriş-çıxışında təmir işləri gedir.
“Park Residence Mingəçevir”-in inşası 2013-cü ilin dekabrında başlanıb və 2015-ci ilin üçüncü rübündə başa çatması nəzərdə tutulub.
“Park Residence Mingəçevir” Mingəçevir şəhərinin mənzərəli yerində-park yaxınlığında, Kür çayının bir addımlığında inşa edilir.
Bununla da, yaşayış binasının sakinləri geniş və rahat mənzillərindən savayı sağlam istirahətdən də zövq ala biləcəklər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Park_Residence_Mingechevir_in_insasi_basa_chatmaq_uzredir-858929

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR