Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinin təklifini rədd edib.
ANS PRESS-in məlumatına görə, Putinin separatçılarla döyüşlərdə ağır artilleriyadan istifadə edilməməsi təklifinə Ukrayna prezidentinin cavabı özünü çox gözlətməyib. Poroşenko bunun qarşılığında heç bir şey təklif olunmadığından bundan imtina edib.
Bu barədə açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın bu addımından təəssüfləndiyini bildirib.
"Moskva Ukraynada baş verən döyüşlərdən çox narahatdır. Yenə Donetskdə dinc insanlar ölür, yaşayış sahələri atəşə tutulur".