“AzərRos” parçalanır? (VİDEO)

“AzərRos” parçalanır? (VİDEO)
21:46 18 Yanvar 2015
119 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Azərbaycanlılarının Federal Mədəni Muxtariyyəti “AzərRos” təşkilatı parçalanma təhlükəsiylə qarşı-qarşıya qalıb. Təşkilat içindəki müxalifətçilər “AzərRos” prezidenti Asif Məhərrəmovun istefasına nail olduqdan sonra keçirdikləri növbədənkənar qurultayda quruma yeni prezident seçməyə cəhd ediblər.

ANS TV-nin Moskva bürosunun məluatına görə, azərbaycanlıların Rusiyadakı ən böyük təşkilatlarından olan “AzərRos”un daxilində qalmaqal getdikcə böyüyür. Daxili çəkişmələrə son qoymaq üçün keçirilən növbədənkənar qurultay gərgin mübahisələrlə başladı. Təşkilatın bir neçə gün əvvəl istefa verən prezidenti Asif Məhərrəmovun da sonradan qurultaya qatılması vəziyyəti daha da gərginləşdirdi. Mübahisələrin böyüməsi səbəbindən sabiq prezident toplantını tərk etmək məcburiyətində qaldı.

“AzərRos”un keçmiş sədri, hazırki fəxri prezidenti Söyün Sadıqov da daxil olmaqla bir qrup şəxs iki ildir quruma rəhbərlik edən Asif Məhərrəmovu təşkilatın nüfuzunu aşağı salmaqda və fəaliyyətinə dağıdıcı təsir göstərməkdə ittiham edirlər.

Daxili çəkişmələr səbəbində bir neçə gün öncə vəzifəsindən istefa verən Asif Məhərrəmov isə əleyhdarların hər şeyi qanun çərəçivəsində həll etməyə çağırır.

“Gəlsinlər qanuni qurultayda yeni prezident seçsinlər. Ancaq bunlar bugünkü davranışlarıyla sadəcə məni deyil, bütün azərbaycanlıları biabır etdilər. Rusiyadakı imicimizə də zərbə vurdular”. – deyə “AzərRos”un sabiq prezidenti Asif Məhərrəmov bildirib.

Rusiya Azərbaycanlılarının Federal Mədəni Muxtariyyətinin daxilindəki gərginliyi yatırmaq üçün toplantı iştirakçıları prezident seçkisini hələlik təxirə salmağa qərar verdilər.

Qurultayın keçirildiyi məkana gələn Moskva polisi toplantıya dərhal son verilməsini tələb etdiyi zaman salonda elektirklər kəsilib. Səfirlik rəsmilərinin işə qarşıması ilə polisin yaratdığı gərginliyə son qoyulsa da, təşkilat daxilindəki çəkişmələr yəqin ki, hələ bir müddət davam edəcək. Baxmayaraq ki, qurultayda mart ayına qədər fasilə elan olundu.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=320450

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR