Rusiyaya yeni, ağır zərbə

Rusiyaya yeni, ağır zərbə
21:57 18 Yanvar 2015
152 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynada baş verənlər Qərbin Rusiyaya sanksiyaları ilə yadda qaldı. Sanksiyalar və dünya bazarında neft qiymətlərinin ucuzlaşmağa davam etməsi onsuz da son zamanlar ciddi iqtisadi böhranla üzləşən şimal qonşumuza daha bir problem yarada bilər.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, son vaxtlar bu ölkəyə işləmək məqsədiylə gedən əmək miqtantlarının sayında kəskin bir azalma müşahidə olunur.
 
10 ildir Moskvada təmizlik işləriylə məşğul olan özbəkistanlı əmək miqrantı Atakan Mimboyev yaxın zamanlaradək hər ay ailəsinə 500 dollar göndərirdisə indi rublun dəyər itirməsiylə birlikdə bu rəqəm 200 dollara düşüb. Artıq Rusiyada işləməyin sərfəli olmadığını görən Atakan vətəninə qayıtmağa qərar verib.
 
“Burda işləmək üçün heç bir stimul qalmadı. Bu maaşla necə ailə saxlayaq. Aldığımız maaşı dollara çevirəndə heç 500 dollar da eləmir. Bu pul elə özümə ancaq çatır. Ona görə də bu gün işdən çıxmaq üçün ərizəmi yazmışam. Bir-iki gün içində maaşımı alıb vətənə qayıdacam”, – deyə miqrant Atakan Mimboyev bildirib.
 
Rusiya Federal Miqrasiya Xidməti 2015-ci ildə ölkəyə işləmək məqsədiylə gələn əmək miqrantların sayının keçən ilin eyni dönəmiylə müqayisədə 70 faiz azaldığını açıqlayıb. Azalmanın heç də təsadüfi olmadığına inanan Rusiya Miqrantlar Federasiyasının rəhbəri Muhamməd Amin son illər Rusiya iqtisadiyyatının ayağa qalxmasında böyük rol oynayan əmək miqrantlarıyla indi lazımsız əşya kimi davranıldığını, bunun isə milliyətçi qrupların sifarişiylə edildiyini deyir.
 
Rusiya Miqrantlar Federasiyasının rəhbəri Muhammed Aminin sözlərinə görə, bu ildən etibarən güvvəyə minən qanunlar miqrantların hər ay 65 dollara patent almasını və 300 dollara isə dil imtahanından keçməsini məcburi edir: “Rusiyaya ancaq cibində yol puluylə gələn miqrant bu məsrəfləri necə ödəsin. Rus rublu ölür, əmək miqrantlarının maaşı isə artmır. Bu o deməkdir ki, miqrantları cinayət işləməyə məcbur edirlər. Biz isə miqrantların qanuni şəkildə işləyib pul qazanmalarına şərait yaradılmasını tələb edirik”.
 
Ekspertlər isə əmək miqrantlarıyla bağlı mövcud problemlərin müvəqqəti olduğuna inanırlar.
 
İqtisadçı ekspert İosif Diskin deyir ki, Rusiya iqtisadiyyatının inkişafı üçün böyük miqdarda əmək miqrantına ehtiyac var: “Baxmayraq ki, bu ildən etibarən miqrantlarla bağlı tətbiq edilən yeni qanun və ən çox da dolların bahalaşmasıyla özünü göstərən iqtisadi problemlər miqrantları qorxudur, məncə bunlar müvəqqəti çətinliklərdir. Tezliklə iqtisadiyyatımızdakı vəziyyət sabitləşəcək. Hətta rublun indiki vəziyyətinin belə davam etməsi halında da bizdə işləmək daha sərfəli olacaq. Buna qane olmayan miqrantlar isə öz ölkələrində qalıb işləyə bilərlər”.
 
Rusiya Federal Miqrasiya xidməti isə öz növbəsində qanunsuz miqrantlara qarşı cəzaları sərtləşdirməyə davam edir. Rəsmi rəqəmlərə görə indi ölkədə üç milyon icazəsiz miqrant yaşayır ki, onlara da tezliklə 3 ildən 10 ilə qədər Rusiyaya giriş qadağası qoyulacaq.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/50801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR