Qətər stadionunda havanı sərinləşdirən “ağıllı” sistem tətbiq ediləcək

Qətər stadionunda havanı sərinləşdirən “ağıllı” sistem tətbiq ediləcək
22:08 18 Yanvar 2015
148 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 18 yanvar, AzərTAc 
2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı ilə bağlı möhtəşəm stadionun tikintisi planlaşdırılır.
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, stadionda oyunu 40 min tamaşaçı izləyə biləcək. Çempionatdan sonra isə stadionun yuxarı oturacaqlarının demontajı nəzərdə tutulur ki, bu da idman qurğusunun 25 min yerədək azaldılması deməkdir.
Layihəyə əsasən, tamaşaçı və oyunçuların komfort şəraitinin təmin olunması məqsədilə havanı sərinləşdirən “ağıllı” sistem tətbiq ediləcək. Bundan əlavə, obyektdə suyun təkrar istifadəsi üçün xüsusi qurğular quraşdırılacaq və günəş enerjisindən alternativ enerji mənbəyi kimi istifadə olunacaq.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qeter_stadionunda_havani_serinlesdiren_agilli_sistem_tetbiq_edilecek-825658

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR