“Futbol kralı”, braziliyalı Pele (Edson Arantis du Nasimentu) huşunu itirib və hospitalizə olunub.

Metbuat.az-ın məlumatına görə, o, San-Pauludakı Albert Eynşteyn adına xəstəxanaya yerləşdirilib. Mənbənin bildirdiyinə görə, 80 yaşlı idmançı huşunu itirib. Baş verən hadisənin səbəbini aydınlaşdırmaq üçün futbolçunu intensiv terapiya şöbəsinə yerləşdiriblər.