Meksikanın Omealka bölgəsində artezian quyusunda 20 cəsəd tapılıb.

Metbuat.az xəbər verir ki, cəsədlərin kimlərə aid olduğu məlum deyil. Onların ölüm səbəbləri araşdırılır. Məlumata görə, cəsədlər quyunun 30 metr dərinliyindən çıxarılıb. Polis sakinlərin ifadəsini alır. Ehtimal edilir ki, hadisə çoxdan törədilib.