Cənubi Amerika Futbol Konfederasiyasında (CONMEBOL) 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində 9-cu turun oyunları keçirilib.

Metbuat.az xəbər verir ki, Argentina yığması Boliviyaya 3:0 hesabı ilə qalib gəlib. Bununla da Lionel Messi oyunda het-trik (14, 65, 89-cu dəqiqələr) edib. Hücumçunun milli komandada vurduğu qolların sayı 79-a çatıb. O, əfsanəvi braziliyalı Pelenin (77 qol) nəticəsini üstələyib və Cənubi Amerikanın yığma komandaları oyunçularının qollarının sayı üzrə rekorda imza atıb.