Əməliyyat olunduqdan sonra yenidən reanimasiya şöbəsinə yerləşdirilən əfsanəvi futbolçu Pele instaqram hesabında səhhətindən yazıb.
Metbuat.az xəbər verir, 81 yaşlı braziliyalı sabiq hücumçu artıq sağaldığını deyib:
"Bu gün ailə üzvlərim məni ziyarət edib. Hər gün daha çox gülümsəməyə davam edirəm. Sizdən aldığım bütün sevgilərə görə təşəkkürümü bildirirəm".
Xatırladaq ki, Pele sentyabrın 6-da bağırsağındakı şiş ucbatından əməliyyat olunub. Lakin sentyabrın 17-də yenidən pisləşib.