Göyçayda iki minik maşını toqquşub, yaralılar var

23:24 18 Yanvar 2015
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 14:00 radələrində Göyçay şəhərinin Əli Kərim küçəsində qeydə alınıb.

 

Şəhər sakini, 1982-ci il təvəllüdlü Rzayev İsmayıl Hüseyn oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn Şəhadət kənd sakini, 1991-ci il təvəllüdlü Soltanov Orxan Elbrus oğluna məxsus “VAZ 2106” markalı maşınla toqquşub.

 

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alaraq Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

 

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190738

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR