Almaniyanın Bavariya əyalətində xarici qeydiyyat nömrəli avtobusda silahlı şəxs 3 sərnişini girov götürüb.

Metbuat.az xəbər verir ki, dərhal əraziyə polislər cəlb edilib. Onların apardığı danışıqlar və əməliyyat nəticəsində şübhəli zərərsizləşdirilib. Şübhəli polis nəzarətinə götürülüb. Lakin hələlik onun silahını tapmaq mümkün olmayıb. Araşdırma davam edir.