Musa Quliyev: "Ürəyi yanırsa, nəqliyyat naziri qudasıdır, gedib xahiş etsin"

Musa Quliyev: "Ürəyi yanırsa, nəqliyyat naziri qudasıdır, gedib xahiş etsin"
16:52 29 May 2015
138 Digər
Ölkə mətbuatı
A- A+

Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlının "Gəncədə Məhəmməd Əmin Rəsulzadənin büstünün başına çuval keçirilib" deməsi parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin etirazına səbəb olub.

Modern.az saytı xəbər verir ki, deputat Musa Quliyev bildirib:

"Sabir Rüstəmxanlının burada Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi ilə bağlı səsləndirdiyi fikrin heç bir əsası yoxdur. Ümumiyyətlə, Gəncədə Məhəmməd Əmin Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi yalan informasiyadır və bu, həqiqəti əks etdirmir. Oradakı parkda uzun müddətdir təmir işləri gedir və o, abidə də keyfiyyətsizdir. Ona görə də həmin abidənin üstü təmir işləri ilə bağlı örtülüb. Digər tərəfdən də o bağın Gəncə İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdu. O bağ Nəqliyyat Nazirliyinin balansındadır və baxımsız vəziyyətdədir. Əgər Sabir Rüstəmxanlının ürəyi yanırsa, nəqliyyat naziri onun qudasıdır, gedib ondan xahiş etsin və o parkı təmir etdirsin. Gəncə İcra Hakimiyyətinin balansında olan "İstiqlal" parkı var və gözəl təmir olunub. İnsanlar orada çox gözəl istirahət edir".

Çıxışını davam etdirən Musa Quliyev deyib ki, bu gün özlərini yarımmüxalifət və müxalifət adlandıran qüvvələrin öz kölgəsi olmadığından kiminsə kölgəsinə sığınıblar və ağıllarına gələni danışırlar.

"Onların bu hərəkəti stəkanda fırtınaya bənzəyir. Buna ehtiyac yoxdur. Sabir Rüstəmxanlı ən azından Gəncədən olan deputat həmkarlarından vəziyyəti soruşaydı və ondan sonra dəqiqləşmiş fikir söyləyəydi. Belə yarımçıq fikirlərin yeri yoxdur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/347205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR