G20 ölkələrinin liderləri sabah və bazar günü Romada bir araya gələcək.

Metbuat.az xəbər verir ki, pandemiya dövründə bu G20 liderlərinin ilk üzbəüz görüşüdür. Toplantıya ümumilikdə 35 ölkənin nümayəndəsi qatılacaq. Həmçinin, toplantı çərçivəsində liderlər arasında təkbətək görüşlər də keçiriləcək.

Qeyd edək ki, Rusiya, Çin, Yaponiya və Meksika kimi ölkələrin liderləri Romaya gəlməyəcək. Onlar toplantıya videokonfrans vasitəsilə qatıla bilər.