G20 ölkələri dünya əhalisinin 70%-ni koronavirusa qarşı peyvənd etmək qərarına gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. G20-nin maliyyə və səhiyyə nazirlərinin birgə iclasının iştirakçıları inkişaf etməkdə olan ölkələrə koronavirusa qarşı vaksinlərin tədarükünü bu ilin sonuna qədər 40 faiz, gələn ilin ortalarına qədər isə 70 faiz artırmağa hazır olduqlarını bəyan ediblər.

Qeyd edək ki, G20-yə Avstraliya, Argentina, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Fransa, Türkiyə, Cənubi Afrika, Cənubi Koreya və Cənubi Koreya daxildir.

Gülbəniz Hüseynli / METBUAT.AZ